Türkiyə Hərbi-Hava Qüvvələri bu ölkənin cənub-şərqində və İraqın şimalında PKK-nın hədəflərinə hava zərbələri endiriblər. Bu barədə çərşənbə axşamı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında deyilir.
Zərbələr Türkiyənin Hakkari vilayətinin Şemdinli rayonu və İraqda Kandil regionuna endirilib.
Baş Qərargahın məlumatına görə, kürd separatçılarının sığınacaqları da daxil olmaqla, Hakkaridə PKK-nın 9, İraqda - 5 obyekti məhv edilib.
Türkiyə, 2015-ci ilin iyul ayında Ankra ilə PKK arasında atəşkəsə dair razılıq əldə etmək cəhdləri iflasa uğrayandan sonra, separatçıların düşərgələri və digər obyektlərinə zərbələr endirir. **