Bu gün Milli Məclis plenar iclasda ölkədə “ASAN Viza” sisteminin tətbiqi ilə bağlı Miqrasiya Məcəlləsində dəyişiklikləri qəbul edib.
Dəyişikliklərə əsasən, Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala bilərlər. Elektron qaydada verilən birdəfəlik vizada ölkədə qalma müddəti 30 günədək müəyyən edilir.
Müvafiq icra hakimiyyəti orqanı müraciətin “ASAN Viza” sisteminə daxil olduğu vaxtdan 3 iş günü ərzində məlumatları yoxlayır. Viza rəsmiləşdirilərək “ASAN Viza” sistemi vasitəsilə müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. **
R.Babayev