Azərbaycanda sahibkarlar İqtisadiyyat Nazirliyndən 160 mln. manat ümumi məbləğdə 15 layihənin investisiya təşviqi sənədi əldə ediblər. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Nazirlik müraciət edən sahibkarlara 15 layihənin icrası üçün investisiya təşviqi sənədləri təqdim edib. Bunun nəticəsində yerli istehsala 160 mln. manatdan çox investisiya yatırılacaq, 1400-ə yaxın yeni iş yerlərinin yaradılacaq”, - deyə məlumatda qeyd edilir.
Məlumatda vurğulanır ki, investsiya təşviqi sənədi alan sahibkarlar üçün bir sıra güzəştlər nəzərdə tutulur. **
N.Abbasova