Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 14-də Moskvaya işgüzar səfərə yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Z.Həsənov iyunun 15-də Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək.
İclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərinin müzakirə edilməsi planlaşdırılır.*
F.İsazadə