İsveçrə Konfederasiyası Sərhəd Mühafizə Korpusunun (SMK) rəisi briqada generalı Yürq Not Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev qonağa Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər barədə məlumat verib.
O qeyd edib ki, Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalıb, işğal olunan ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə olunur, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhlükədir.
Tərəflər arasında sərhəd təhlükəsizliyinin təmin olunması,dövlət sərhəd buraxılış məntəqələrinin fəaliyyəti, dağ təlim kurslarının təşkili, habelə gələcək illər üçün fəaliyyət istiqamətlərinin müəyyən edilməsi kimi məsələlər müzakirə edilmiş, hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri nəzərdən keçirilib. **
F.İsazadə