Milli Məclisin bugünkü plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər qəbul edilib. Bu dəyişikliklər şəxsi müqavilə ilətəhsil alan tələbələrin, turizm və tranzit vizalarının rəsmiləşdirilməsi üçün tələb olunan dövlət rüsumlarının ləğv edilməsini nəzərdə tutur.
Dəyişikliklər həmçinin bundan sonra birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumunun 50 ABŞ dollarından 20 ABŞ dollarınadək azaldılmasını nəzərdə tutur.*
R.Babayev