İyunun 14-də Azərbaycan ərazisində baş vermiş 2 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər yaralanıb. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.
Qeyd olunan tarixdə 76 cinayət faktı qeydə alınıb, onların 26-sı “isti izlər”lə açılıb.
Bundan başqa, cinayət törətdiklərinə görə 60 nəfər tutulub.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib.*
R.Babayev