Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 16-na manatın rəsmi məzənnəsini iyunun 14-nə olan 1,512 manat/$1 səviyyəsinə qarşı 1,515 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara qarşı 0,1984% ucuzlaşıb.
AMB iyunun 15-nə manatın avroya nisbətən rəsmi məzənnəsini iyunun 14-də qeydə alınmış 1,707 manat/1EUR səviyyəsinə qarşı 1,7082 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,703% ucuzlaşıb.
İyunun 15-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi iyunun 14-də qeydə alınmış 0,023 manat/1RUR səviyyəsinə qarşı 0,0232 manat/1RUR səviyyəsində müəyyən edilib. Beləliklə, manat rubla qarşı 0,8695% ucuzlaşıb. **
N.Abbasova