Moskvalı gənc rəssamlar Anastasiya Qorbaçova və Aleksandr Orlov Bakıda keçirilən “Saf rənglər” IV Beynəlxalq rəsm festivalının diplomları ilə təltif olunublar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən məlumat verilib.
Festivalda dünyanın 38 ölkəsindən olan gənc rəssamların 1 mindən artıq əsərləri təqdim olunub.
Bundan başqa, A.Qorbaçova festivalın təsisçilərindən olan Misirin Azərbaycandakı səfrilyinin xüsusi diplomuna layiq görülüb.
Münsiflər heyəti il ərzində bütün qitələrdə müxtəlif ölkələr üzrə dünya turnesi üçün 300 ən yaxşı əsəri seçdi. Onların arasında A.Qorbaçovanın 6 əsəri də var.
Həmçinin, rusiyalı iştirakçılar “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin xüsusi mükafatına layiq görülüblər.
Festival Azərbaycan Dövlət Rəsm Akademiyasının sərgi zalında təşkil olunub. ADRA artıq dördüncü ildir festivalın təşkilatçısı qismində çıxış edir.
Bu il RİMM və bir sıra digər beynəlxalq təşkilatlar festivalın keçirilməsinə təşkilati və informasiya dəstəyi göstəriblər. **
F.İsazadə