“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Unibank”ın reytinqlərini təsdiq edib və eyni zamanda geri çağırıb. Bu barədə agentliyin məlumatında deyilir.
Xəbər verildiyi kimi, “Fitch”2016-cı il mayın 27-də bankın xarici valyutada uzunmüddətli emitent defoltu reytinqini «B» səviyyəsindən «RD» (məhdud defolt) səviyyəsindək azaldıb. Bunun ardınca agentlik bankın uzunmüddətli emitent defoltu reytinqini "CCC" səviyyəsinədək artırıb.
Məlumatda qeyd olunur ki, “Fitch” “Unibank”ın reytinqlərini kommersiya səbəblərindən geri çağırıb.
"Unibank" ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir. Bankın səhmdarları arasında Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), DEG (Almaniya) yer alır.*
N.Abbasova