2016-cı ilin yanvar-may aylarında Azərbaycanda neft hasilatı (qaz kondensatı da daxil olmaqla) 17 mln. 544,3 min ton təşkil edib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 0,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitənin məlumatına görə, yanvar-may aylarında ölkədə əmtəə neftinin hasilat həcmi 17 mln. 522,1 min ton təşkil edib (azalma 0,7%).
Yanvar-may aylarında 12 mlrd. 451,6 mln. kubmetr (artım 0,5%) qaz hasil olunub. Bununla belə, bu dövrdə əmtəə qazının hasilatı 7 mlrd. 822,7 mln. kubmetr təşkil edib (azalma 9,9%).
2015-ci ildə Azərbaycanda qaz kondensatı da daxil olmaqla, neft hasilatı 41 mln. 689 min ton, qaz hasilatı 29 mlrd. 742,4 mln.kubmetr təşkil edib.
Hökumətin proqnozlarına əsasən, 2016-cı ildə Azərbaycanda neft hasilatı 40 mln. 744,9 min ton, qaz hasilatı 29 mlrd. 345 mln. kubmetr təşkil edəcək. **
N.Abbasova