İyulun 26-da “VTB Bank (Azerbaijan)”ın səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Bu barədə bankın məlumatında deyilir.
«Yığıncağın gündəliyinə səhmdarların növbədənkənar ümumi yığıncağının katibinin seçilməsi, eləcə də bankın Müşahidə Şurası və Auditor Komitəsinin tərkibi ilə bağlı məsələlər daxil edilib», - deyə məlumatda qeyd olunur.
Azərbaycan Mərkəzi Bankı 2008-ci ilin noyabr ayında Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təqdir edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.*
N.Abbasova