İyunun 16-da seysmoloqlar Yaponiyanın Hokkaydo adasının cənub-şərq qurtaracağında 5,3 maqnitudalı zəlzələ qeydə alıblar. Bu barədə Yaponiyanın NHK telekanalı xəbər verir.
Zəlzələnin episentri Utiura körfəzində 10 km dərinlikdə yerləşib.
Sunami təhlükəsi barədə xəbərdarlıq daxil olmayıb.
İtki və dağıntılar haqda hələlik məlumat yoxdur.
Yeraltı təkanlar Xonsyu adasının şimalında da hiss olunub.*