Beynəlxalq təşkilatlar hələ də digər dövlətə məxsus ərazilərin işğalı və orada həyata keçirilən etnik təmizləmə siyasətinə görə Ermənistana sanksiya tətbiq etməkdən çəkinirlər. Bu barədə Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, Əli Həsənov bəyan edib.
“Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar təcavüzkar Ermənistana qarşı sanksiyalar tətbiq etməkdən hələ də çəkinirlər”, - deyə Ə.Həsənov 18 iyun - Azərbaycanda İnsan Hüquqları Günü ilə əlaqədar parlamentdə təşkil edilən dinləmələr zamanı bildirib.
Ə.Həsənov xatırladıb ki, Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal edib, soyqırım aktı törədib, 1 mln.-dan artıq insanı qaçqın və məcburi köçkün vəziyyətinə salıb, insan hüquqlarını kütləvi surətdə pozub. **
F.İsazadə