Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu gün keçirilən hərracda banklara $50 mln. məbləğində valyuta satıb. Bu barədə fonddan məlumat verilib.
“ARDNF iyunun 16-da Mərkəzi Bankın keçirdiyi valyuta hərracında iştirak edib. Hərraca çıxarılmış $50 mln. məbləğində vəsait 24 banka satılıb”, - deyə məlumatda qeyd olunur.
Fond iyun ayında keçirilən valyuta hərraclarında ümumilikdə $250 mln. satıb.*
N.Abbasova