Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ölkə vətəndaşlarına aldıqları daşınamz əmlak barədə məlumatın təqdim olunması üzrə elektron xidməti istifadəyə verib. Bu barədə Komitədən məlumat verilir.
“ƏMDK-nin təqdim etdiyi elektron xidmət vasitəsi ilə Azərbaycan vətəndaşları sahib olduqları əmlaklar barədə heç bir yerə getmədən, internet vasitəsilə ətraflı məlumat ala biləcəklər. Bu xidmətdən sayəsində, əmlakın həm ölşüləri və texniki göstəriciləri, həm də hüquqi sahibi və onunla aparılan əməliyyatlar, eləcə də onun əvvəlki sahibi barədə məlumatlar əldə etmək mümkündür”, - deyə məlumatda qeyd olunur.
Bu xidmətdən istifadə etmək üçün komitənin elektron xidmətlər portalına (e-emdk.gov.az) və ya “Elektron hökumət” portalına (www.e-gov.az) daxil olmaq lazımdır. Xidmətin istifadəsi üçün 10 manat dövlət rüsumu nəzərdə tutulub.
“Hazırda Azərbaycanda əmlakla əməliyyatlar zamanı müxtəlif anlaşılmazlıqlar, alıcı və satıcıların aldadılması halları tez-tez baş verir. Bəziləri insanların etibarəndan istifadə edərək başqasına məxsus əmlakı özününkü kimi təqdim edir və ya onun ölçüləri və digər göstəriciləri bərədə düzgün olmayan məlumatlar verirlər. Bu isə əmlakın alıcısı üçün risklər yaradır. Yeni xidmət isə bütün məsələləri, yerindəcə yoxlamağa imkan verir”, - deyə məlumatda vurğulanır.
Yeni xidmət təkcə əhali üçün deyil, dövlət qurumları, fiziki və hüquqi şəxslər, banklar, və digər daşınmaz əmlak sahibləri üçün də faydalıdır.
Bundan başqa, bu xidmət hətta xaricdə olduqda da əmlak barədə lazımi məlumatı almağa və qarşı tərəfə təqdim etməyə imkan verir. **
N.Abbasova