BMT-nin baş katibi Pan Qi Mun Paris İqlim Sazişini imzalayan Rusiya və digər bütün ölkələri bu sənədin tezliklə ratifikasiya olunmasına çağırıb.
“Paris İqlim Sazişini imzaladığına görə Rusiyaya minnətdaram (...) Mənim müraciətim, gəldiyiniz ölkədən asılı olmayaraq, hər kəsə ünvanlanıb: Paris İqlim Sazişinin tezliklə, əgər mümkündürsə, bu ilin sonuna kimi ratifikasiya olunaraq qüvvəyə minməsini təmin etmək lazımdır”, - deyə Pan Qi Mun Peterburq beynəlxalq iqtisadi forumunun açılışında bildirib.
Baş katibin qeyd edib ki, “bizə istixana qazlarının qlobal tullantılarının 55%-ni təmin edən 55 ölkə lazımdır ki, həmin tullantılar azalsın”.
Bununla bağlı Pan Qi Mun Peterburq forumunun iştirakçılarını tullantıların aşağı səviyyəsi ilə “yaşıl” iqtisadiyyat yaradılmasına dair öhdəlik verməyə çağırıb.
“Buna görə, ilk növbədə qaz və neft kimi enerji daşıyıcalrının qiymətlərinin yüksək olmasında maraqlı olan ölkələri, o cümlədən Rusiyanı iqtisadiyyatın şaxələndirilməsinə çağırıram. Bu ölkələr üçün iqtisadiyyat və siyasətin şaxələndirilməsi çox vacibdir”, - deyə baş katib bildirib.