Avropada Rusiya qazının payı artacaq. Bu fikri "Qazpromun prezidenti Aleksey Miller Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda çıxışı zamanı səsləndirib.
"Biz orta və uzunmüddətli perspektivdə artım tendensiyasının davam edəcəyini proqnozlaşdırırıq. Biz alternativ tədarük mənbələri haqqında məlumatlıyıq, amma onu da yaxşı bilirik ki, Avropa bazarında Rusiya qazına tələbat olacaq", - deyə o qeyd edib.
A.Miller əlavə edib ki, Avropada karbohidrogen hasilatının azalması Rusiya qazının istehlak səviyyəsinin artmasını müəyyən edən amilidir. Məhz bu, hətta avropalı istehlakçılar tərəfindən xammalın sabit istehlakı fonunda Rusiya qazının payının artmasını təmin edəcək.*