Prezident İlham Əliyev iyunun 16-da “Formula One Management”in prezidenti Berni Ekklstounu qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Formula One Management”in prezidenti Berni Ekklstoun Formula-1 yarışının Bakıda yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. O, bu tədbirin Bakıda keçirilməsinin Azərbaycanda gedən inkişaf prosesləri ilə bağlı məlumatların dünyada yayılması işinə xidmət edəcəyini bildirib və Azərbaycanın Formula-1 ailəsinə daxil olmasından məmnun qaldığını deyib.
Beynəlxalq tədbirlərin təşkili baxımından ölkəmizin yaxşı təcrübəyə malik olduğunu deyən prezident İ.Əliyev Formula-1 yarışının keçirilməsi üçün paytaxtın artıq hazır olduğunu deyib. Formula-1 yarışının əhəmiyyətinə toxunan dövlət başçısı ölkəmizə daha çox turistin gəlməsi üçün tədbirin yaxşı imkan yaratdığını vurğulayıb
Görüşdə əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.*
R.Babayev