İranın Bakıdakı səfiri Möhsün Pakayin hesab edir ki, Milli Məclisin fəaliyyəti Azərbaycan-İran münasibətlərinə xələl gətirmir.
“Biz Azərbaycan parlamentini İranın ünvanına üç deputatın ifadələrinə görə Azərbaycan-İran münasibətlərinə xələl gətirən orqan hesab etməməliyik. Milli Məclis hər zaman bu əlaqələrə müsbət yanaşıb və onların inkişafında xüsusi rol oynayır”, - deyə M.Pakayin jurnalistlərə bəyan edib.
Diplomatın sözlərinə görə, bu günlərdə Milli Məclisdə Bakı və Tehran arasında müxtəlif sahələrdə əməkdaşlığa dair ikitərəfli hökumətlərarası sazişlərin təsdiq olunması bunun bariz nümunəsidir.
Çərşənbə axşamı Milli Məclisin növbədənkənar plenar iclasında deputatlar Zahid Oruc, Fazil Mustafa, Qüdrət Həsənquliyev və digərləri Azərbaycan ərazisinin 20%-ni işğal edən Ermənistanla sıx əməkdaşlıqla bağlı İran rəhbərliyinin siyasətini kəskin tənqid ediblər. **
F.İsazadə