İranın «ATA Airlines» aviaşirkəti 2016-cı ilin sonunadək Bakı-Məşhəd marşrutu ilə uçuşlara başlamağı planlaşdırır. Bu barədə jurnalistlərə şirkətin Bakı nümayəndəliyinin rəhbəri Nadir Şaesti məlumat verib.
««ATA Airlines» bu marşrut üzrə reyslərin təşkil edilməsi üçün artıq lisenziya alıb. Hazırda uçuşların həyata keçirilməsi istiqamətində hazırlıq işləri görülür. Reyslərin cari ilin sonunadək açılması planlaşdırılır”, - deyə N.Şaesti bildirib.
Onun sözlərinə görə, Bakı-Məşhəd marşrutu ilə uçuşların tezliyi daha sonra dəqiqləşdiriləcək.*
F.İsazadə