2016-cı ilin yanvar-may aylarında Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsi 2,2% - 5,6 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə elektron ticarət dövriyyəsinin 96%-dən çoxu və ya 5,4 mln. manat qeyri-ərzaq mallarının payına düşüb (artım 0,5%).
Xəbər verildiyi kimi, 2015-ci ilin yekunları üzrə Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsi 12,8 mln. manat təşkil edib.*
N.Abbasova