BMT ilk dəfə "İslam dövləti" ekstremist qruplaşmasını İraq və Suriya ərazisində yezidlərin soyqırımında ittiham edib. Bu barədə BBC xəbər verir.
Xüsusi komissiyanın hazırladığı məruzədə deyilir ki, "İslam dövləti"nin döyüşçüləri bu etno-dini qrupun nümayəndələri ilə son dərəcə qəddar rəftar ediblər.
BMT-nin məruzəsində cihadçılar tərəfindən qətlə yetirilmiş minlərlə yezid, əsir düşmüş qadınlar və uşaqlar haqqında məlumatlar yer alır.
Sənəddə qeyd edilir ki, "İslam dövləti" qruplaşması yezidləri tamamilə məhv etməyi qarşısına məqsəd qoyub.
BMT komissiyası dünya birliyini yezidlərin soyqırımını tanımağa və onların xilas edilməsi üçün daha təsirli tədbirlər görməyə çağırıb.*