Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 17-nə manatın rəsmi məzənnəsini iyunun 16-na olan 1,515 manat/$1 səviyyəsinə qarşı 1,5180 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara qarşı 0,1980% ucuzlaşıb.
AMB iyunun 17-nə manatın avroya nisbətən rəsmi məzənnəsini iyunun 16-da qeydə alınmış 1,7082 manat/1EUR səviyyəsinə qarşı 1,7074 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,0468% möhkəmlənib.
İyunun 17-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi iyunun 16-da qeydə alınmış 0,0232 manat/1RUR səviyyəsinə qarşı 0,0231 manat/1RUR səviyyəsində müəyyən edilib. Beləliklə, manat rubla qarşı 0,4310% bahalaşıb.*