2016-cı ilin yanvar-may aylarında Azərbaycana 2,233 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib ki, bu da ötən ilin yanvar-may aylarının göstəricisindən 6,9 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə respublikaya gətirilən avtomobillərin böyük hissəsi – 1,939 ədəd avtomobil sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb (azalma 7,2 dəfə).
Cari ilin yanvar-may aylarında Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş 204 ədəd motorlu nəqliyyat vasitəsi (azalma 4,6 dəfə) və 58 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi idxal edilib (azalma 2,3 dəfə).
Bundan başqa, hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün 32 ədəd motorlu nəqliyyat vasitəsi gətirilib (azalma 15,5 dəfə).
2014-cü ildən etibarən Azərbaycana minik maşınlarının idxalında azalma müşahidə olunur. **
N.Abbasova