Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir ailənin 4 üzvü həlak olub. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Şəmkir rayonunun Könüllü kəndində “VAZ-21063” və “Mercedes” markalı avtomobillər toqquşub. Qəza nəticəsində 8 nəfər xəstəxanaya yerləşdirilib. “Jiquli”nin sürücüsü İltizam Həsənov, onun həyat yoldaşı Həmidə, qızı Xanım və gəlini Aynurə Həsənova orada vəfat ediblər. **
R.Babayev