1-5 iyul tarixlərində Tbilisidə ATƏT Parlament Assambleyasının illik sessiyası keçiriləcək.
Cümə günü Gürcüstan parlamentinin mətbuat xidmətindən jurnalistlərə verilən məlumata görə, sessiya "25 illik parlament əməkdaşlığı: dialoqla etimadın qurulması" mövzusuna həsr olunacaq.
Sessiyaya 57 ölkədən 700-dən çox nümayəndənin qatılacağı gözlənilir.
"ATƏT-in baş katibi, AFR-in xarici işlər naziri, ABŞ Konqresinin nümayəndə heyəti, müxtəlif ölkələrin parlamentlərinin sədrləri, vitse-spikerlər və deputatların iştirak edəcəyi tədbirdə ATƏT ölkələrində təhlükəsizlik məsələləri, iqtisadi əməkdaşlıq, insan hüquqlarının qorunması və qlobal miqrasiya problemləri müzakirə olunacaq", - deyə məlumatda bildirilir.
Sessiya çərçivəsində Parlament Assambleyasının yeni prezidenti seçiləcək.*