SOCAR-ın (Azərbayan Dövlət Neft Şirkəti, ARDNŞ) Kompleks Qazma İşləri Tresti tərəfindən “Neft Daşları” yatağındakı yeni quyuda qazma işlərinə başlanılıb. Bu barədə şirkətin saytında məlumat verilir.
2581 nömrəli quyuda qazma işləri 2585 saylı meydançadan həyata keçirilir. Layihə dərinliyi 2,61 min metr təşkil edən quyu Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılacaq.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 20 ton neft hasil olunacağı nəzərdə tutulur.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir. **
N.Abbasova