Cümə günü Bakıda keçirilən “Formula 1” üzrə Avropa Qran-prisinin ilk sərbəst yürüşündə “Mercedes” komandasının iştirakçıları Niko Rosberq və Lyuis Hamilton ən yaxşı nəticə göstəriblər.
Ən yaxşı dəqiqəlik göstərici üçqat dünya çempionu, britaniyalı L.Hamiltona məxsusdur - 1:46.435.
Hazırki çempionatın lideri, alman yarışçı N.Rosberq sərbəst yürüşdə ikinci olub - 1:46,812.
Üçüncü nəticə “Williams”ın iştirakçısı Valtteri Bottasa məxsusdur - 1:47.096.
Birinci yürüş insidentsiz ötüşməyib. Yürüşün bitməsinə 23 dəqiqə qalmış, “Red Bull” komandasından olan Daniel Rikkardo15-ci döngənin çıxışında idarəetməni itirərək bolidi divara çırpıb. Qırmızı bayraqlar gğöstərilib. İştirakçılar 10 dəqiqədən sonra yarışmanı davam etdiriblər.
Avropa Qran-Prisi 19 iyun saat 17:00-da start götürəcək.
“Formula 1” üzrə Bakıdakı Avropa Qran-Prisində 11 komanda tərkibində 22 pilot iştirak edəcək: “Mercedes” - Niko Rosberq və Lyuis Hamilton, “Ferrari” - Sebastyan Fettel və Kimi Raykonnen, “Williams” - Felipe Massa və Valtteri Bottas, “Read Bull” - Daniel Rikkardo və Maks Ferstappen, “Force İndia” - Serxio Peres və Niko Hülkenberq, “Renault” - Colion Palmer və Kevin Maqnussen, “Toro Rosso” - Daniil Kvyat və Karlos Sayns, “Sauber” - Markus Erikson və Felipe Nasr, “McLaren” - Fernando Alonso və Censon Batton, “MRT” - Rio Xaryanto və Paskal Verlyayn və “Haas” - Esteban Qutyeres və Roman Qrojan.
2016-ci ilin çempionatında yeddi mərhələnin yekunlarına görə 116 xalla N.Rosberq liderdir.
“Baku City Circuit” trasının uzunluğu 6,006 km-dir. Mərhələnin ümumi uzunluğu - 306,306 km, döngələrin sayı - 20-dir. Finiş xəttinə çatmaq üçün pilotlar 51 dövrə vurmalıdırlar. **
R.Babayev