Bakı Şəhər Halqası trasında “Formula-1” üzrə Avropa Qran-prisinin ikinci test yürüşü başlayıb.
Daha əvvəl keçirilmiş birinci test yürüşünün yekunları üzrə ən yaxşı nəticəni üçqat dünya çempionu Luis Hamilton («Mercedes»), indiki birinciliyin lideri Niko Rosberq («Mercedes») və Valteri Bottas («Williams») göstəriblər.
“Formula-1” üzrə Avropa Qran-prisi iyunun 19-da baş tutacaq.
2016-cı il çempionatında 7 mərhələnin yekunları üzrə 116 xalla N.Rosberq liderlik edir.
Bakı Şəhər Halqasının uzunluğu 6,006 km, ümumi məsafə 306,306 km-dir.*
R.Babayev