2016-cı ilin I rübündə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsiri 2015-ci ilin müvafiq dövründə qeydə alınmış $56,7 mln. məbləğində profisitə qarşı $432,1 mln. təşkil edib.
Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş I rüb üzrə tədiyə balansına əsasən, hesabat dövründə neft-qaz sektoru üzrə profisit $522,5 mln., qeyri-neft sektoru üzrə kəsir isə $954,6 mln. təşkil edib.
AMB-nin məlumatına görə, I rübdə xarici ticarət dövriyyəsi $4,5 mlrd. təşkil edib və Azərbaycanın xarici ticarətdə profisiti $622 mlrd. səviyyəsində olub. Bununla belə, xarici ticarət dövriyyəsinin həcminin 11%i MDB, 89%-i uzaq xarici ölkələrin payına düşüb.
Həcmi $2,6 mlrd. təşkil edən ixracın strukturunda Azərbaycanın əmtəə ixracının ümumi həcminin 91%-i neft-qaz məhsullarının payına düşüb. Neft və neft məhsullarının ixrac həcmi $1,9 mlrd. təşkil edib.
$1,9 mlrd. həcmində idxalın strukturunda $761,7 mln. istehlak mallarının payına düşüb..
2015-ci ildə Azərbaycanda tədiyə balansının cari əməliyyatlar hesabının kəsiri $222,5 mln. təşkil edib.*
A.Əzizov