Azərbaycan 2016-cı ilin yanvar-aprel aylarında 11 mln. 890.8 min ton neft ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə Azərbaycanda ixrac olunan neftin ümumi dəyəri $2 mırd. 846 mln. 497,8 min (azalma 34,7%) təşkil edib.
Hökumətin məlumatına görə, 2016-cı ilin yamvar-aprel aylarında ixrac edilmiş $1 mlrd. 885 mln. 486,2 min məbləğində neftin bəyan edilmiş həcmi 7 mln. 367,3 min ton təşkil edib.
Xəbər verildiyi kimi, 2015-ci ildə Azərbaycandan 32 mln. 520 min 401,97 ton neft ixrac olunub. **
N.Abbasova