Azərbaycan prezidenti İlham Əliyev rusiyalşı həmkarı Vladimir Putinə Kareliyadakı Syamozero gölündə fırtına nəticəsində 14 uşağın həlak olması ilə əlaqədar başsağlığı verib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
“Kareliyadakı Syamozero gölündə fırtına nəticəsində uşaqların həlak olması xəbəri məni dərindən kədərləndirib. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm”, - deyə məktubda deyilir. **
R.Babayev