Rusiyanın Yaroslav vilayətinin qubernatoru Sergey Yastrebov azərbaycanlı sahibkarları vilayətdə layihələrə investisiya yatırmağa dəvət edib.
“Regionumuz investisiya baxımından cəlbedicidir. Yalnız son 3 il ərzində investisiyaların həcmi 90-100 mlrd. rubl çərçivəsində dəyişir. Azərbaycanlı sahibkarları Yaroslav vilayətinə investisiya yatırmağa dəvət edirəm”, - deyə S.Yastrebov bazar ertəsi Bakıda keçirilən Azərbaycan-Rusiya biznes-forumunda bildirib.
Onun sözlərinə görə, böhrana baxmayaraq, vilayətə sərmayə yatırılır və investorlar üçün zəruri şərait yaradılır. **
F.İsazadə