2016-cı ilin yanvar-may aylarında Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 554,5 min kvadratmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 23,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bununla belə, mayda Azərbaycanda 110,8 min kvadratmetr mənzil istifadəyə verilib.
Statistik məlumatlara əsasən, cari ilin yanvar-may ayları ərzində mənzil tikintisinə investisiyalar 196,2 mln. manat təşkil edib (azalma 55%).
Xəbər verildiyi kimi, 2015-ci ildə Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 mln. 927,2 min kvadratmetr təşkil edib, bu isə 2014-cü ilin göstəricisindən 12,3% azdır. **
A.Əzizov