Ermənistan rəhbərliyi faşist Qareqin Njdeni qəhrəman, hərbi xadim kimi dünyaya sırımaq istəyirsə, bu alınmayacaq. Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri Rufiz Qonaqov buna əmindir.
"Əslində Ermənistanın bu hərəkəti bizi təəccübləndirmir. Çünki əlaltıya çevrilmiş bu dövlət terror üzərində qurulub. Sərkisyan iqtidarı da ölkədə terror törədərək hakimiyyətə gəlib”, - deyə o, İrəvanda "Qareqin Njdeyə heykəl qoyulmasına münasibət bildirərkən deyib.
BMAM sədrinin sözlərinə görə, Qareqin Njdeyə heykəl qoymaqla Ermənistan əsl mahiyyətini göstərdi. “Təsadüfi deyil ki, Çar Rusiyası dövründə nəşr olunan qəzetlərdə belə yazılırdı: “Erməni cəmiyyəti terrorçudan başqa bir tip hazırlamamışdır”. Belə bir dövlətdən Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe, humanizm, beynəlxalq hüquqa sayqı gözləmək sadəlövhlükdən başqa bir şey deyildir", - deyə R.Qonaqov qeyd edib.
O vurğulayıb ki, Njde İkinci dünya müharibəsində Rusiyanın məğlub olması üçün faşistlərlə yaxından əməkdaşlıq edib. Ruslar onu Bolqarıstanda həbs edərək SSRİ-yə gətiriblər. Njde həbsxanada vərəm xəstəliyindəm məhv olub. Belə bir adama heykəl qoymaq 21-ci əsrdə demokratiyanı, humanzmi ayaqlar altına atmaq deməkdir.
BMAM sədri bildirib ki, indi dünya Ermənistanı daha yaxşı tanımalı və işğal etdiyi torpaqlardan geri çəkilməsi üçün təzyiqləri gücləndirməlidir. *
R.Babayev