Avropa ŞurasıParlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunt may ayında Azərbaycan hakimiyyəti tərəfindən qəbul edilmiş amnistiya aktını yüksək qiymətləndirir.
«Biz Azərbaycanda qəbul edilmiş amnistiya aktını alqışlayırıq. Bu müsbət tendensiyasının davamını görür və onu dəstəkləməliyik”, - deyə o, bazar ertəsi AŞPA-nın yay sessiyasında bildirib.
P.Aqramunt həmçinin təşkilatın Azərbaycanla əməkdaşlığı davam etdirməsinə tərəfdar olduğunu deyib. “İnsan haqları, demokratiya və hüquqi dövlət sahəsində üzərinə düşən beynəlxalq öhdəliklərini yerinə yetirməsi üçün biz Azərbaycan hökuməti ilə siyasi və konstruktiv dialoqu davam etdirməliyik”, - deyə o vurğulayıb.*
R.Babayev