2016-cı ilin yanvar-may aylarında Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşları 2015-ci ilin analoji dövrü ilə müqayisədə 11,5% - 3 mlrd. 912,6 mln. manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, 2016-cı ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatına bütün investisiya qoyuluşlarının 72,6%-i sənaye sahəsinə yönəldilib.
Hesabat dövrü ərzində mədən sənayesinə investisiya qoyuluşları 3 mlrd. 666,5 mln. manat (azalma 8,4%) təşkil edib.
Emal sənayesinə 151,7 mln. manat (artım 15,8%) həcmində investisiya qoyulub.
Elektrik enerjisi, qaz istehsalı və bölüşdürülməsi sahəsinə 62,9 mln. manat (artım 13,1%), su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinə 31,5 mln. manat (azalma 83,3%) investisiya qoyulub.
Bundan başqa, 2016-cı ilin yanvar-may aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsinə 351,6 mln. manat (azalma 60,6%), rabitə və informasiya sahəsinə 32,8 mln. manat (azalma 76,6%), dövlət idarəçiliyi, müdafiə və icbari sosial təminat sahəsinə 80,3 mln. manat (azalma 62,7%), təhsil sahəsinə 27,8 mln. manat (azalma 67,1%) investisiya qoyuluşu həyata keçirilib.
Hesabat dövründə yaşayış evlərinin tikintisi sahəsinə 196,2 mln. manat (azalma 55%) investisiya qoyulub.
Qalan investisiyalar iqtisadiyyatın digər sektorlarının payına düşüb. **
N.Abbasova