Ermənistan prezidenti Serj Sarqsyan Sankt-Peterburqda Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar zamanı Qarabağa dair razılıqların əldə olunacağına ümid edir.
“Son bir neçə il göstərdi ki, danışıqlar prosesi bu və ya digər halda o zaman səmərəli ola bilər ki, tərəflər öz öhdəliklərini həyata keçirsinlər, yəni hərəkətləri 1994-95-ci illərdə atəşkəs haqqında sazişin müddəalarına uyğun olsun”, - deyə S.Sarqsyan bazar ertəsi jurnalistlərə bildirib.
“16 may tarixində Vyanada ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatı bunu təsdiq edir. Sankt-Peterburqda keçiriləcək görüşdə nəhayət razılığa gələcəyimizə və Azərbaycan tərəfinin öz öhdəliklərini həyata keçirəcəyinə ümid edirəm. Sərhəddə pozuntuların olmayacağını, Dağlıq Qarabağ probleminin həllinə dair danışıqlar prosesini davam etdirəcəyimizi gözləyirəm”, - deyə Ermənistan prezidenti bəyan edib. **