Rusiya, Azərbaycan və Ermənistan prezidentləri birgə bəyanatda Dağlıq Qarabağda təmas xəttində atəşkəs rejiminə riayət olunacağını qeyd edirlər. Bu barədə Rusiya XİN başçısı Sergey Lavrov bəyan edib.
Prezidentlərin danışıqlarından sonra jurnalistlərin suallarına cavabında S.Lavrov qeyd edib ki, “insidentlərin aradan qaldırılması və araşdırılması ilə ATƏT Katibliyi məşğuldur”.
Son günlər Dağlıq Qarabağda təmas xəttində “sakitlik müşahidə olunur, bütövlükdə atəşkəs rejiminə riayət edilir”, deyə nazir vurğulayıb.
S.Lavrovun rəyinə görə, “üç ölkənin prezidentinin söhbəti çox konstruktiv, etibarlı, açıq xarakterli olub və danışıqlar priosesinə əlavə dinamika vermək üçün hər cür əsasımızın olduğunu nümayiş etdirdi”.
“Bu istiqamətdə yaxında atacağımız addımları müzakirə etdik. Bu sammitin son hissəsinə ATƏT-in Minsk qrupunun həmsədrləri - Rusiya, ABŞ və Fransanın xüsusi tapşırıqlar üzrə səfirləri, Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə təşkilatın Katibliyinin nümayəndəsi dəvət olunması vacib amildir”, - deyə S.Lavrov bildirib.
O vurğulayıb ki, “görüşün yekunlarına dair danışıqlar prosesinin aktivləşməsi istiqamətində konkret addımlar nəzərdə tutmaqla yanaşı, prezidentlər üçtərəfli bəyanatı razılaşdırıblar. Həmin bəyanatda təmas xəttində vəziyyətin notrmallaşmasına tərəfdar olduqları təsdiq edilir. Sənəddə münaqişə zonasında fəaliyyət göstərən ATƏT müşahidəçilərinin sayının artırılmasına razılıq öz əksini tapıb və problemin nizamlanmasına dair danışıqlar prosesində sabit irəliləyişin olması üçün şəratinin yaradılmasına tərəfdar olduqları bildirilir”.
“Son zamanlar təmas xəttində sakitlik müşahidə olunur, bütövlükdə atəşkəs rejiminə riayət edilir. Bu üç prezidentin birgə bəyanatında qeyd olounub. İnsidentlərin aradna qaldırılması və araşdırılması ilə müvafiq tədqiqatlar aparan və tərəflərə nə isə təklif etməyə cəhd göstərən ATƏT Katibliyi məşğul olur”, - deyə S.Lavrov əlavə edib. **