Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 21-nə manatın rəsmi məzənnəsini iyunun 20-nə olan 1,521 manat/$1 səviyyəsinə qarşı 1,524 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara qarşı 0,1972% ucuzlaşıb.
AMB iyunun 21-nə manatın avroya nisbətən rəsmi məzənnəsini iyunun 20-də qeydə alınmış 1,7307 manat/1EUR səviyyəsinə qarşı 1,7273 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,1964% bahalaşıb.
İyunun 21-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi iyunun 20-də qeydə alınmış 0,0235 manat/1RUR səviyyəsinə qarşı 0,0238 manat/1RUR səviyyəsində müəyyən edilib. Beləliklə, manat rubla qarşı 1,2766% ucuzlaşıb.*
N.Abbasova