Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Holcim Azerbaijan” şirkətində 10%-lik payını 20%-dək artırmağı planlaşdırır. Bu barədə bankın saytında məlumat verilir.
"AYİB şirkətin biznesində iştirakını genişləndirmək məqsədilə “Holcim Azerbaijan” ASC-yə əlavə investisiya qoyuluşlarının həyata keçirilməsi imkanlarını nəzərdən keçirir", - deyə məlumatda qeyd olunur.
AYİB şirkətə dəstəyi davam etdirmək niyyətindədir.
Bankın məlumatına görə, bu məsələ iyulun 20-də Direktorlar Şurasında müzakirəyə çıxarıla bilər.
“Holcim Azerbaijan” ASC hazırda Azərbaycanda ən iri sement istehsalçısıdır. Yerli bazarda sement istehsalının 35-40%-i onun payına düşür. ASC-nin səhmlərinin 66%-i “LafargeHolcim” şirkətinə, 10%-i AYİB-ə, 10%-i "Holcim Auslandbeteiligungs Gmbh” şirkətinə, 14%-i digər səhmdarlara məxsusdur.*
A.Əzizov