Maliyyə Nazirliyi “Azərenerji” ASC-nin fəaliyyətinin diaqnostikası məqsədilə “VPC GmbH” (Sustainable Engineering and Consulting) şirkətini məsləhətçi qismində cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Maliyyə Nazirliyi “VPC GmbH” şirkətini müvafiq tenderin qalibi elan edib və məhz bu şirkət “Azərenerji”nin fəaliyyətinin diaqnostikasının beynəlxalq məsləhətçisi olub”, - deyə hökumətdən qeyd olunub
İmzalanan müqavilənin şərtlərinə görə, “VPC GmbH” məsləhətçi qismində xidmətlər görə 970,596 min manat əldə edəcək.
Xəbər verildiyi kimi, məsləhətçinin vəzifələrinə aşağıdakı istiqamətlər üzrə “Azərenerji”-nin fəaliyyətinin diaqnostikası daxildir: istehsal olunan elektrik enerjisinin maya dəyərinin; elektrik enerjisi istehsalı zamanı texniki itkilər normalarının; elektrik stansiyalarının effektivliyinin; elektrik enerjisi və enerji qurğularının istehsalının. **
A.Əzizov