İyunun 20-də Azərbaycan ərazisində baş vermiş 5 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 12 nəfər isə yaralanıb. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.
Qeyd olunan tarixdə 97 cinayət faktı qeydə alınıb, onların 30-u “isti izlər”lə açılıb.
Bundan başqa, cinayət törətdiklərinə görə 56 nəfər tutulub.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.**
R.Babayev