Vyanada Qarabağ münaqişəsi zonasında sərhədyanı insidentlərin araşdırılması mexanizmlərinin formalaşdırılması üzrə iş davam edir. Bu barədə Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye bəyan edib.
“Etimad mexanizmlərinin formalaşdırılması əsas və vacib məsələdir. ATƏT bu istiqamətdə işi davam etdirir”, - deyə səfir çərşənbə axşamı jurnalistlərə bildirib.
O, həmçinin Ermənistan və Azərbaycan prezidentlərinin yeni görüşlərinin keçiriləcəyini istisna etməyib. *