Ruslan Xanverdiyev Azərbaycan Ağır Atletika Federasiyasının yeni vitse-prezidenti, Tofiq Heydərov isə baş məşqçi təyin olunblar. Bu barədə Federasiyadan məlumat verilib.
“AAAF-nın prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Federasiyanın yeni vitse-prezidenti, Tofiq Heydərov isə baş məşqçi təyin olunblar”, - deyə məlumatda vurğulanır.
C.Əsgərov keçirdiyi müşavirədə qadağan edilən stimullaşdırıcı preparatlardan idmançıların istifadə hallarının təkrarlanmasına qarşı ciddi tədbirlərin görülməsini tapşırıb.
“Hazırda Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları - 2016-ya fəal hazırlıq gedir. Ən yaxın zamanda ağır atletika üzrə Azərbaycan yığmasının formalaşdırılacaq və bu barədə əlavə məlumat veriləcək”, - deyə məlumatda vurğulanır. **
A.Əzizov