Bakı kəndlərinin sosial-iqtisadi inkişafına yönəlmiş tədbirlər davam etdiriləcək. AzTV dövlət telekanalının verdiyi məlumata görə, bu barədə prezident İlham Əliyev bu gün Nardaran sakinləri ilə görüşdə bəyan edib.
"Bakı kəndlərinin, o cümlədən Nardaran qəsəbəsinin sosial-iqtisadi inkişafı istiqamətində tədbirlər davam etdiriləcək", - deyə prezident bildirib.
Dövlət başçısı yeni iş yerlərinin açılmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, Nardaran sakinləri Azərbaycan dövlətçiliyinə hər zaman sadiq olublar. Nardaranlılar müstəqilliyimizin möhkəmlənməsinə töhfə verirlər.
Prezident İ.Əliyev qeyd edib ki, Azərbaycanda bütün azadlıqlar, o cümlədən dini etiqad azadlığı tam şəkildə təmin olunur.*
R.Babayev