Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu fermerlərdən taxıl qəbulu üçün 15 məntəqə yaradıb. Bu barədə fondun rəhbəri Zülfüqar Məmmədov çərşənbə axşamı mətbuat konfransında məlumat verilib.
"Dövlət Taxıl Fondu 15 qəbul məntəqəsi açıb (o cümlədən Səngəçal və Gəncə elevatorlarında)", - deyə Z.Məmmədov bildirib.
Onun sözlərinə görə, cari il üçün fondun həcmi 500 min ton təşkil edəcək. "Biz bu kvotanı yerli istehsalçıların hesabına doldurmağa çalışacağıq", - deyə o qeyd edib.
Fondun rəhbəri vurğulayıb ki, bir ton taxılın qiyməti 250 manatdır. "Bu, qonşu ölkələrlə müqayisədə 20-30% bahadır. Qiymətin baha olması sahibkarların yüksək keyfiyyətli buğda istehsalına təşviq edilməsi məqsədi daşıyır", - deyə o əlavə edib.
Buğda qəbulu iyunun 21-də başlayır və sentyabrın 1-dək davam edəcək.*
F.İsazadə