Bakı Dövlət Universiteti dünya universtitetlərinin reytinqini müəyyənləşdirən təşkilatların siyahısında yer tutub. Bu barədə BDU-dan məlumat verilib.
“QS World University Rankings 2015/2016” reytinqində 701+ yerdə qərarlaşan BDU , “QS Quacquarelli Symonds LTD” təşkilatının reytinqində 88-ci yeri tutub”, - deyə məlumatda qeyd olunur.
Bildirilir ki, “QS World University Rankings 2015/2016” reytinqinin tərtib olunmasında bir neçə meyar – akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında nüfuzu, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin sayı nəzərə alınıb.
İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu universitetlərinin reytinqini müəyyənləşdirən “QS Quacquarelli Symonds LTD” təşkilatı isə sorğunu regionun 30 ölkəsinin 500-dən çox universiteti arasında aparıb. **
F.İsazadə