Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları İranla sərhədi keçmək istəyən Azərbaycan vətəndaşından 149,03 qram heroin aşkarlayıblar. Bu barədə DGK-nın mətbuat xidmətindən məlumat verilib.
"Aşkarlanmış mal müsadirə olunub. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda qeyd olunur.*
F.İsazadə